Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe yeni növ koronavirus epidemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını deyib.
Danimarkanın DR dövlət agentliyi xəbər verir ki, Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahat olduğunu bildirib.
Onun sözlərinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək.
ÜST səlahiyyətlisi bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur.
Klüqe ehtimal edib ki, epidemiya 2022-ci ilin əvvəllərində sona çatacaq:
“Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”.
Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da deyib.