Türkiyədə son sutkada koronavirusdan 5 690 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 78 nəfər dünyasını dəyişib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 138 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 104 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 646 526 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 690 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 529 450 nəfər təşkil edir.

Share: