Qiymətli kağızların dövlət qeydiyyatı ilə bağlı təlimat hazırlanıb

Mərkəzi Bank kapital bazarı sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi çərçivəsində qiymətli kağızların dövlət qeydiyyatını, qiymətli kağızların emissiya prospektlərinin dövlət reyestrini aparır.

Milletinsesi.az bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, qiymətli kağızların qeydiyyatına dair tələblər müxtəlif qanunvericilik aktlarını əhatə etdiyi üçün emitentlərin səhm və korporativ istiqrazların dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Mərkəzi Bankına təqdim etdikləri sənədlərin bir çox hallarda qanunvericiliyin tələblərinə tam uyğun tərtib olunmaması müşahidə olunur. Bu isə AMB tərəfindən müraciətlərə baxılması zamanı qeydiyyat prosesinin uzanmasına və kapital bazarından maliyyələşmək istəyən emitentlərin əməliyyat çevikliyinin azalmasına səbəb olur.

Qeyd olunan çatışmazlıqların aradan qaldırılması və qiymətli kağızların qeydiyyatı prosesinin operativliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən emitentlər üçün təlimat hazırlanıb. Təlimatda səhm və istiqrazların emissiyası prosedurları vahid sənəddə ümumiləşdirilib, qiymətli kağızların dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması ilə bağlı tələb olunan sənədlər və onların hazırlanması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblər ətraflı qeyd edilib.

Share: