Avropanın ən fəal vulkanlarından biri olan Etnanın püskürməsi kosmosdan da qeydə alınıb.
“Daili Mail”in Avropa Kosmik Agentliyinə istinadən verdiyi məlumata görə, fotonu “Sentinel-1” layihəsinin peyklərindən biri çəkib.
Bildirilir ki, şəklə infraqırmızı məlumatların əlavə edilməsi sayəsində yalnız vulkanın özünü deyil, həm də onu əhatə edən lava axınlarını da müşahidə etmək mümkün olub.
Qeyd edək ki, Etna 16 fevraldan başlayaraq fəallaşıb. 700 metr hündürlüyə qədər lava fəvvarələri və güclü vulkanik kül atması ilə müşayiət olunan püskürmə zamanı ayrı-ayrı vulkanik bombalar hətta Kataniya əyalətinin mərkəzinə qədər uçub.
O da vurğulanır ki, ilk püskürmədə 4 km, iki gün sonra növbəti püskürmədə isə 1.3 km uzunluğunda lava axını dağın şərq və qərb yamacı boyunca yayılıb.