Qarabağda 2 erməni öldü, 2-si yaralandı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni ölüb, ikisi yaralanıb.

Report xəbər verir ki, hadisə Əsgəran-Xankəndi avtomobil yolunda baş verib.

Belə ki, 1992-ci ildə anadan olmuş və adı açıqlanmayan sürücü idarə etdiyi “LEXUS LX 470” avtomobillə Əsgəran sakini, 1986-cı il təvəllüdlü G.S.-ni vurub. Piyada hadisə yerində ölüb.

Hadisədən sonra avtomobil aşıb. Sürücü və 3 sərnişin yaralanıb. Yaralılardan biri 1990-cı ildə anadan olmuş E.A. xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Share: