Paşinyan oğlunu təhlükəsiz yerə niyə köçürdü ?

Ermənistanın Baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissədən – Qarabağdan çıxararaq Ermənistandakı hərbi hissələrdən birinə aparması onu göstərir ki, Köçəryan tərəfdarları ilə çox ciddi problemləri var.

Milletinsesi.az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərtac-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib ki, N.Paşinyan ucuz populizim xatirinə oğlunu Dağlıq Qarabağda xidmət etməyə göndərdi. İndi isə Qarabağ adına iddia edən erməni  klanı ilə , xüsusilə Köçəryan tərəfdarları ilə çox ciddi problemləri olduğu üçün oğlunu təhlükəsiz yerə Ermənistandakı hərbi hissələrdən birinə köçürüb. Digər səbəb isə Ermənistan cəmiyyətində Azərbaycanın artıq savaşa başlamağa hazır olduğundan doğan təşviş və narahatlıqdır. Ona görə Azərbaycan Ordusunun təlimlərindən öncə oğlunu təhlükəsiz yerə çıxarıb. Bu isə erməni rəhbərlərin bütün məsələlərə münasibətlərinin səmimi olmadığını, sadəcə populizmlə məşğul olmalarını, hətta maraqları xatirinə övladlarını, ailəsindən belə istifadə etmələrini göstərir. Real vəziyyət budur.

“Düşünürəm ki, N.Paşinyan Qarabağ  adına iddia edən erməni klanı ilə aralarında olan soyuqluğu müəyyən qədər bəhanə edərək oğlunu Ermənistana gətirib. Bu, bir daha Ermənistanın Azərbaycan Silahlı Qüvvələrindən qorxduğunu göstərir. O, Azərbaycanın atacağı addımlardan çəkinərək məhz bu formada öz oğlunu təhlükəsiz əraziyə çıxarıb”, – deyə Ş.Ramaldanov qeyd edib.

Share: