İnsan nə vaxt sadiq yuxular görər?

İmam Sadiq (ə) buyurur: “Yuxu görmək üç dəstədir: Allahın mömin üçün müjdəsi, şeytanın qorxutması, pərişan yuxular”.

Başqa hədisdə İmam Sadiq (ə) buyurur: “Yalan yuxu ki, təsiri zahir olmaz – o yuxudur ki, gecənin əvvəlində görülər. Həmin zaman şeytanın səltənət zamanıdır və o yuxu – xəyallardır ki, şeytan insana cilvələndirər. Ancaq düzgün yuxu – o yuxudur ki, gecənin axırının üçdə birində, mələklərin nazil olduğu zamanda görülər. Səhər zamanı gördüyü yuxu – sadiq yuxudur”.

Sadiq yuxu.

İmam Sadiq (ə) buyurur: “Möminin yuxuları sadiqdir. Çünki nəfsi pakizə və yəqini doğrudur. O zaman ki, ruhu bədənindən ayrılar, mələklərlə görüşər. Ona görə də onun yuxusu vəhy dərəcəsindədir”. (Bu hədis o kəslərə aiddir ki, imanın ən yüksək dərəcəsində qərar tuturlar).

Başqa hədisdə İmam Sadiq (ə) buyurur: “Peyğəmbərdən (s) sonra vəhy qət olmuşdur. Ancaq müjdə verən yuxular mövcuddur”.

İmam Sadiq (ə) buyurur: “Sadiq yuxular – peyğəmbərliyin yetmişdə biridir”.

Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: “Axırəz-zamanda möminin rəyi və yuxusu peyğəmbərliyin 70 hissəsindən birinə dəlalət edir”.

Peyğəmbərimiz (s) səhər çağı səhabələrinə buyururdu: “Görəsən kimsə müjdə verən yuxu görübdürmü?”.

Həzrət Peyğəmbər (s) buyurur: “Axırəz-zamanda möminin yuxusu yalan olmaz və hər kim daha çox doğru danışarsa, yuxusu daha çox sadiqdir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim məni yuxuda görərsə, elədir ki, məni oyaq vaxtı görmüşdür. Çünki şeytan mənim və xalis Əhli-Beyt (ə) davamçılarının simasında ola bilmir”.

Milli.Az

Share: