BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə axşamı , Avqust 22 2019

Xərçəng bu orqanda yarana bilmir. Niyə?


Xərçəngə səbəb olan şişlər, normal olmayan hüceyrələrin nəzarətsiz şəkildə bölünərək çoxalması ilə yaranır.

İnsan bədəninin bütün orqanlarında baş verən bu hüceyrə bölünməsi, yalnız ürəkdə meydana gəlməz.

Deyerler.org bildirir ki, dünyada çox amma çox az rast gəlinən ürək xərçənginə səbəb olan hüceyrə bölünməsi, sadəcə doğuşdan gələn ürək anormallıqlarından irəli gəlir.

Nadir hallarda olsa da, ana bətnində inkişaf etməkdə olan hüceyrələr, şiş əmələ gəlməsinə səbəb ola bilər. (haberturk.com)

Ürəyimizin böyük hissəsini əzələ hüceyrələri tutur. Bu hüceyrələr bədən böyüklüyünə görə genişlənir, ancaq bölünmür.

Ürək hüceyrələrinin bölünməməsi, ürək xərçəngi olma riskini aradan qaldırsa da, digər bir nöqsana səbəbiyyət verir.

Hüceyrələrin bölünməməyinin nəticəsində, bir infarkt ardından toxumaların bərpa olunmamasına səbəb olur.

Mümkündür ki, bu məqam, xərçəngin müalicəsi üçün böyük önəm kəsb etsin.