Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların həm İran, həm Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması, eyni zamanda əlavə maliyyə xərcləri ilə nəticələnir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
“Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”,- deyə sənəddə qeyd olunur.