Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada bir həftə ərzində yeni koronavirusa yoluxma hallarının artdığını açıqlayıb.
Bu barədə TASS xəbər yayıb.
Verilən məlumatlara görə yoluxmanın artma nisbəti 2 % və ya 2,7 milyon olub. Bu, əvvəlki həftənin məlumatlarını üstələyir.
Eyni zamanda, koronavirusa yoluxmuş xəstələrdə ölüm hallarının artımı 6 % azalıb.
“Qlobal olaraq ölkələrin təxminən yarısında yeni xəstələrin sayı azalıb, digər yarısında isə artıb”, – deyə ÜST-dən bildirilib.