Martın 9-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub.
Operativ Qərargahdan Milletinsesi.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.