Avstraliya qəsəbəsinin sakinlərinin 60 faizi yerin altında yaşayır

Cənubi Avstraliyada yerləşən Kuber Pedi qəsəbəsinin 60 faiz əhalisi sözün əsl mənasında yerin altında yaşayır.

“BBC Travel” xəbər verir ki, buna səbəb mədənlərə görə qəsəbəni bürüyən qırmızı toz təbəqəsidir.

Yerli insanlar daha yaxşı hava udmaq üçün köhnə mədənlərin yerində sığınacaqdan kilsəyə qədər yeraltı cəmiyyət yaradıblar.

Qəsəbə 1970-1980-ci illərdə təqribən 1000-dən çox mədənçiyə ev sahibliyi edib.

Yeraltı qəsəbənin ən maraqlı tərəfi isə buradakı elektrik enerjisi layihəsidir.

2017-ci ildə tətbiq olunan layihəyə görə, ərazinin günəşli və küləkli havasından faydalanaraq, şəhərin ehtiyacı olan 70 faiz enerji təlabatı ödənilir.

“Bir dəfə yer altında yaşamağa öyrəşdinizsə, bir daha normal evdə yaşamaq istəməyəcəksiniz”, – deyə 53 ildir mədəndə çalışan yaponiyalı Con Danstan deyib.

 

Share: