Ermənistan hərbi birləşmələrinin törətdikləri cinayətlərə dair məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslər barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən azərbaycan, rus və ingilis dillərində infoqrafika hazırlanıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə 21 mülki şəxs minaya düşüb. Onlardan 10 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş Prokurorluq bir daha əhaliyə xəbərdarlıq edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan ərazilər minalar və digər partlayıcı maddələrdən təmizlənmədən həmin ərazilərə səfər edilməsin.