Aİ “Sputnik V”nin satınalınması üzrə danışıqlara başlamaq niyyətindədir

Avropa İttifaqı (Aİ) Avropa ölkələri əhalisinin koronavirus infeksiyasına qarşı peyvəndləmə proqramını həyata keçirmək üçün Rusiyanın “Sputnik V” peyvəndinin alınması ilə bağlı danışıqlara başlamaq niyyətindədir.

Bu barədə Milletinsesi.az “Reuters”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Aİ adından peyvənd istehsalçıları ilə danışıqlar aparan rəsmi şəxs İttifaq hökumətlərinin “Sputnik V” peyvəndinin istehsalçıları ilə danışıqlara başlamaq imkanlarını nəzərdən keçirdiklərini söyləyib.

Onun sözlərinə görə, danışıqlara başlamaq üçün 4 ölkədən istək alınmalıdır.

Share: