Rusiyada koronavirusdan daha 427 nəfər öldü

Rusiyada son sutka ərzində daha 8 998 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 418 436 nəfərə çatıb.

Son sutka ərzində 427 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 93 364 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: