Borcu olan 29 nəfər saxlanıldı

Martın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Share: