Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 243 424 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8 216 nəfərdir.

Ölkədə son sutka ərzində 10 188, hazırkı dövrədək isə 2 746 681 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycanda 840 nəfər koronavirusa yoluxmuşdu.

Share: