Bayden “Ruzvelt planı”nı işə saldı: 1929-dan sonra ilk dəfə

Pandemiyanın yaratdığı işsizlik dalğasının öhdəsindən gəlmək istəyən Bayden rəhbərliyi həll yolunu ölkəni “təmir etmək”də görür.

Axar.az xəbər verir ki, Bayden rəhbərliyi bunun üçün 2030-cu ilə qədər 10 min körpü və 30 min kilometrlik avtomobil yolu inşa etməyi planlaşdırır.

Ötən gün Bayden tərəfindən elan edilən 8 il müddətinə infrastruktur layihəsi üçün 2 trilyon dollar ayrılıb. Eyni zamanda, elektrikli nəqliyyat vasitələri üçün batareya stansiyaları inşa ediləcək.

Bayden açıqlamasında belə bir layihənin hər nəsildə bir dəfə elan olunduğunu bəyan edib:

“Plan bənzərsizdir. Bu, II Dünya müharibəsindən sonra ölkədəki ən böyük iqtisadi sıçrayışdır”.

Qeyd edək ki, planın rəsmi adı Amerikan İş Planıdır (American Jobs Plan). Bənzər plan ilk dəfə 1929-cu il böhranından sonra iqtisadiyyatı nizama salmaq üçün eks-prezident Franklin Delano Ruzvelt tərəfindən reallaşdırılmışdı.

Share: