“Bəzi tibbi maskalarda ölümcül kimyəvi maddələr var”.
Millətin Səsi.az xəbər verir ki, Hamburq Ətraf Mühit İnstitutunun alimləri belə sensasialı açıqlama verib. Professor Mişel Braungartın sözlərinə görə, bəzi tibbi maskalar standartlara cavab vermir:
“Standartlara cavab verməyən bu maskalarda ölümcül kimyəvi maddələrin izinə rast gəldik. Maskalar vasitəsilə ağzımızdan və burnumuzdan aldığımız nəfəs son dərəcə təhlükəli nəticələrə gətirib çıxara bilər. Maskalara formaldehid maddəsini vururlar. Formaldehid maddəsi maska ilk dəfə açılanda onun “təmiz qoxu” verməsini təmin edir. Bəzilərində hətta anilin və flürorkarbon maddələri var. Maskadan xoşagəlməz qoxuların gəlməməsi üçün belə maddələrdən istifadə edilir.
Elm adamı bəzi mavi rəngli maskalarda isə kobalt maddəsinə rast gəlindiyini bildirib.