Bu müsəlman ölkələri su üstündə müharibə edə bilər

Efiopiyanın Hedasi su anbarı ilə bağlı fikir ayrılığı bölgədə müharibəyə səbəb ola bilər.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Ərəb Su Şurasının xəbərdarlığında bildirilib.

“Misir və Sudanın su təhlükəsizliyi ərəblərin milli güvənliyinin ayrılmaz bir parçasıdır”, – Su Şurasından verilən açıqlamada vurğulanıb.

Efiopiyanın fikir ayrılığına son qoymalı olduğunu bəyan edən Ərəb Su Şurası su böhranı ilə bağlı savaşın başlamasının bölgədə şiddətli və qorxulu nəticələr yaradacağını bildirib:

“Düşmən qazanmaq üçün onu susuz saxlamaqdan daha ciddi bir səbəb yoxdur”.

Qeyd edək ki, Misir, Sudan və Efiopiya arasında Hedasi su anbarı ilə bağlı 10 ildir aparılan danışıqlar nəticəsiz qalıb. Belə ki, Efiopiyanın Nil çayı üzərində inşasını davam etdirdiyi su anbarını yaz aylarında ikinci dəfə dolduracağını bəyan etməsi vəziyyəti daha da gərginləşdirib. 20 milyon sudanlının susuz qalmaq təhlükəsinin olduğu deyilir.

Share: