BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

Azərbaycanlı hakerlər erməni parollarını ələ keçirdi


Mayın 28-də azərbaycanlı hakerlər iki minə yaxın erməni sosial şəbəkə istifadəçisinin hesab parolunu yayıblar.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistanın kibertəhlükəsizlik üzrə eksperti Samvel Martirosyan öz Feysbuk səhifəsində paylaşıb.

O, bəzi hesabların hələlik sındırılmadığını və buna görə də həmin hesabları xilas etməyin mümkün olduğunu deyib.

Martirosyan hücumun hansı haker qrupu tərəfindən gerçəkləşdirildiyini açıqlamayıb.