Ukraynadan Türkiyəyə DƏSTƏK: Erməni “soyqırımı” ilə bağlı QADAĞA QOYULDU

Uraynada 1915-ci il hadisələrinə görə ölkədə keçirilə biləcək bütün tədbirlər qadağan edilib.

Publika.az “Hürriyet”ə istinadla xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi qərar qəbul edib.

Qərara əsasən hökumətin bütün üzvlərinə məsələ ilə bağlı açıqlama verməmək tapşırığı verilib.

Qeyd edilir ki, hər hansı bir səlahiyətli şəxsin Türkiyəni “soyqırımı” və buna bənzər ifadələrlə günahlandırmaması üçün təlimat verilib.

Ukrayna Parlamentinə son 10 ildə qondarma soyqırımının qəbulu üçün bir çox qanun layihəsi təqdim edilib. Ukrayna rəhbərliyi isə erməni “soyqırımı” ilə əlaqədar keçirilə biləcək bütün tədbirləri qadağan etdiyini açıqlayaraq son nöqtəni qoyub.

Share: