Gəncəyə sel gəlib

Azərbaycanın qərb bölgəsində bir saatdan çoxdur güclü yağış başlayıb.

Ölkənin ikinci böyük şəhəri olan Gəncədə də iki saata yaxındır leysan yağır.

Güclü yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin elektrik təchizatında problem yaranıb, daha çox Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib, həyətləri su basıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Həyətlərdən suyun təmizlənməsi istiqamətində işlər aparılır. (ONA)

Share: