Obyektlərin qiymətləri ucuzlaşıb

Pandemiya Bakıda kommersiya obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

Millətin Səsi.az  xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında kommersiya obyektlərinin qiyməti 2,51% ucuzlaşıb.

Kommersiya obyektlərinin orta qiyməti 2917 manat/kv.m təşkil edib.

Ekspert bildirib ki, pandemiya səbəbindən bir sıra ticarət obyektləri işləmədiyi üçün ticarət obyektlərinə tələbat da azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.

Share: