Yarımfinal mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, bu raundun ilk qarşılaşması İspaniyada baş tutacaq.

“Real Madrid” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. “Alfredo Di Stefano” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərinin heyətində kapitan Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə yeganə itki zədəli Mateo Kovaçiçin yoxluğudur.

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin “Mançester Siti” klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Share: