ABŞ səfiri:“Soyqırımı”ın hüquqi nəticəsi yoxdur

Hüquqi nöqteyi-nəzərdən soyqırım cinayətlərinin qarşısının alınması haqqında konvensiyanın geriyə qüvvəsi yoxdur.

Millətin Səsi  xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib.

“1915-ci ildəki “erməni soyqırımı”nın hüquqi nəticələrinə gəlincə, soyqırım haqqında konvensiya 1951-ci ildə qəbul edilib. Buna görə də hüquqi baxımdan konvensiya geriyə tətbiq edilə bilməz.

ABŞ və Türkiyə münasibətlərinə gəlincə isə bu ölkə ABŞ-ın NATO çərçivəsində vacib müttəfiqidir. Bayden administrasiyası dəqiq şəkildə bəyan edib ki, ABŞ və Türkiyə arasındakı fikir ayrılığı effektiv şəkildə nizamlanmalıdır”, – deyə o bildirib.

Axar.az

Share: