Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millətin Səsi.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir.
Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb.