Almaniya kansleri Angela Merkel səlahiyyət müddətinin sonuna – 2021-ci ilə qədər öz postunda qalmaq niyyətindədir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Merkel CNN nəşrinə müsahibəsi zamanı danışıb.
Merkel qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyət müddətinin sonuna qədər çalışacağı ilə bağlı Almaniya sakinlərinə söz verdiyini vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Qərb mətbuatı Merkelin davamçısı Anneqret Kramp-Karrenbauerə görə məyus olduğunu yazmışdı. Karrenbauerin Avropa Parlamentinə seçkilərdən dərhal sonra iyun ayında estafeti ələ keçirməklə Merkelin gedişini tezləşdirməyə çalışdığı iddia edilmişdi.