Asta sürətlə gedən sürücü 205-lə radara düşdü – ŞİKAYƏT – FOTO

Ağsu-Ağdaş yolunda sürət həddini aşmayan sürücü yüksək məbləğdə cərimələnib. Haqsız yerə cərimələndiyini iddia edən sürücü redaksiyamıza şikayət ünvanlayaraq bildirib ki, idarə etdiyi 90-GO-656 qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobillə mayın 14-ü Ağsu-Ağdaş yolunda müəyyən edilmiş sürətlə (90 km/saat sürətlə) hərəkət edərkən, yolda quraşdırılmış radar onun barəsində nə az, nə çox, düz 250 manat miqdarında cərimə tətbiq edib. Yəni, protokolda qeyd olunub ki, sürücü həmin vaxt 205 km/saat sürətlə hərəkət edib.
Yazılmış protokolun əsassız olduğunu hesab edən sürücü bildirir ki, elektron kabinetə yerləşdirilmiş videogörüntüdən də aydın şəkildə görünür ki, hərəkət sürətim kifayət qədər aşağıdır.

Ümid edirik Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmişə olduğu kimi, bu dəfə də operativ reaksiya verərək məsələni nəzarətə götürəcək.

Avtosfer.az

Share: