“Formula 1” yarışlarına görə Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
Millətin Səsi.az xəbər verir ki,bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.
O bildirib ki, hələlik yollar tam bağlanmayıb: “Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda keçiriləcək.