İranda sənaye şəhərciyində partlayış olub, ölən və yaralananlar var

İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Bürucin şəhərinin Buldaci sənaye şəhərciyində partlayış baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, partlayış partlayıcı maddələr istehsal edən şirkətdə baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılardan 4 nəfərinin vəziyyəti ağırdır.

Share: