Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ictimai fəal Samir Zeynalov məlumat yayıb.
O, hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyinin məlum olmadığını qeyd edib.
Hüquq-mühafizə orqanlarından olayla bağlı sorğumuza verilən cavabı təqdim edəcəyik.