Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.
Millətin Səsi.az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a məlumatı təsdiqləyib.
O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.