Əhalinin ən yüksək real gəliri olan şəhərlərin reytinqi dərc olunub

Əhalinin ən yüksək real gəliri olan şəhərlərin reytinqi dərc olunub
“Deutsche Bank”ın mütəxəssisləri bütün vergilərdən və mənzil kirayəsindən sonra əhalinin real gəliri baxımından dünya şəhərlərinin reytinqini tərtib edib.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər ailədə iki nəfərin işlədiyini nəzərə alaraq ayda adambaşına düşən gəlirləri hesablayıblar.
Siyahının ilk pilləsində San-Fransisko qərarlaşıb. Burada əhalinin adambaşına düşən aylıq real gəlirin həcmi 4 710 ABŞ dolları təşkil edir. Reytinqin son yerini isə Vellinqton tutub. Bu şəhərdə sözügedən göstərici 2 075 dollara bərabərdir.
Əhalinin ən yüksək real gəliri olan TOP-10 şəhər:
# Şəhər Ölkə Əhalinin adambaşına düşən aylıq real gəliri, ABŞ dolları
1 San-Fransisko ABŞ 4 710
2 Sürix İsveçrə 4 626
3 Çikaqo ABŞ 3 298
4 Boston ABŞ 3 188
5 Nyu-York ABŞ 3 157
6 Sidney Avstraliya 2 615
7 Melburn Avstraliya 2 485
8 Oslo Norveç 2 342
9 Kopenhagen Danimarka 2 285
10 Vellinqton Yeni Zelandiya 2 075
Share: