Rusiyanın Krımı ilhaq etməsinə görə məsuliyyəti Almaniya və Fransa daşıyır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Danilov Ukraynanın Avropada Rusiya ilə əməkdaşlıq edən güclü oyunçularla danışmalı olduğunu vurğulayıb:
“2008-ci ildə Almaniya və Fransa Ukrayna və Gürcüstana NATO Üzvlük Fəaliyyət Planını verməkdən imtina etdi, bundan sonra da Rusiya Gürcüstan və Ukraynaya hücum etdi”.
Danilov qeyd edib ki, Almaniya Şimal Axını-2 qaz kəmərinin tikintisini başa çatdırmaq üçün öz arqumenlətini irəli sürür, Ukraynanın isə belə bir tikintinin yolverilməzliyi ilə bağlı öz arqumentləri var.