Vatsap yeni funksiya tətbiq edəcək

Android qurğularının sahibləri Vatsap hesablarına “fleş-zəng” vasitəsilə daxil ola biləcəklər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Webetainfo” məlumat yayıb.

Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur – smartfona birdəfəlik şifrə gəlir.

Yeni funksiya işə düşəndən sonra telefona zəng gələcək, amma ona cavab vermək lazım olmayacaq – tətbiq bunu müstəqil şəkildə özü edəcək. Bunun üçün o, zənglərin tarixçəsinə əlçatanalığın təmin olunmasını istəyəcək.

Yenilik iOS-da əlçatan olmayacaq, çünki bu əməliyyat sistemində tətbiqlər zənglərin tarixçəsinə müdaxilə edə bilmirlər.

Share: