Xətaidə daha bir abad həyət sakinlərin istifadəsinə verildi

Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən 7 və 15 saylı binaların həyətində sakinlərin asudə vaxtının və istirahətinin təşkili üçün abad həyət sakinlərin istifadəsinə verilib.

Millətin Səsi.az  xəbər verir ki, görülmüş işlər çərçivəsində həyət yöndəmsiz tikililərdən, qeyri-qanuni hasarlardan təmizlənmiş, bütün yaş qruplarında olan sakinlərin istirahəti üçün tam şərait yaradılıb.

Həyətdə günlüklər, uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılıb, mini stadion tikilib, oturacaqlar, işıqlandırma sistemləri quraşdırılıb. Ağaclara, dekorativ gül kollarına və yaşılıq zolaqlarına aqrotexniki xidmətin təmin edilməsi üçün su xətləri çəkiib. Binaların fasadlar, giriş qapıları və pilləkən qəfəsləri, dam örtüyü və s. əsaslı şəkildə təmir edilib.

Hazırda blokların istismar müddəti başa çatmış liftləri müasir alman liftləri ilə əvəz edilir. Bu Məzahir Rüstəmov küçəsində sakinlərin istifadəsinə verilmiş beşinci abad həyətdir.

Abadlıq–quruculuq işləri rayonun G.Şıxlinski, M.Hadi, N.Tusi və P.Həşimov küçələrində davam

Share: