Deputat: “Sərt danışmağa görə pensiya kəsərlər?”

Qanuna dəyişikliklərdə deputatların təkliflərinin heç biri nəzərə alınmayıb. Ona görə də bu qanuna səs vermək çətindir.

Millətin Səsi.az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Bir seçicim mənə deyir ki, komissiyadan onun təqaüdünü sərt danışdığına görə kəsiblər. Məgər sərt danışmağa görə belə edərlər? Əmək və əhalinin sosial müdafiəsi naziri gəlib Milli Məclisdə pensiyalarla, əlilliklə bağlı məsələlərə aydınlıq gətirməlidir. Yeni qanunlar qəbul edilərkən Azərbaycanın öz durumu əsas götürülməlidir. İnsanları narazı salmadan təqaüdlərin müəyyənləşməsində obyektivliyi və yeni yanaşmaları tətbiq etmək olar. Faizlər necə hesablanacaq və həmin qurumlar kimlər olacaq, onlar yalançı pensiya verənlərdən fərqlənməyənə qədər mən bu qanuna səs verə bilmərəm” – deputat vurğulayıb.

Share: