Çimərlikdə yoluxma mümkündürmü?

Koronavirus infeksiyası su yolu ilə yoluxmaz. Ona görə də su hövzələrində COVİD-19-a yoluxmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq Mixail Lebedev deyib.

“Koronavirusun hava-damcı yolu ilə insandan insana keçməsi təsdiqlənib. Lakin su yolu ilə yayıla bilməz. Ona görə də açıq su hövzələri koronavirusa yoluxma mənbəyi hesab edilə bilməz”, – deyə Lebedev bildirib.

Share: