Italiyada koronavirisa yoluxanların sayı kəskin artdı .
Millətin Səsi.az xarici KIV-ə istinadən xəbər verir ki, Italiya Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə son 24 saat ərzində aparılan 177 min 977 testdə 1010 nəfərə Kovid-19 diaqnozu qoyulub. 19 İyundan bəri ilk dəfə gündəlik xəstələrin sayı yenidən 1000-i keçdi.
2020-ci ilin fevralında ölkədə epidemiya rəsmən başladığından bəri, ümumi xəstəlik sayı 4 milyon 265 min 714-ə çatıb.
Qeyd edək ki, koronaviris epidemiyasından ən çox əziyyət çəkən ölkələr arasında Italiya liderlik edir. Hal-hazırda ö lkədəki aktiv Kovid-19 xəstə sayı 41 min 840 nəfərdir.