Göycaydan şikayət: “8 aydır bizi süründürürlər”

Göyçay Rayon Icra hakimiyyəti 8 aydır bizi süründürür. Beş nəfər ailə bir otaqda zülm çəkirik. Yarımçıq qalan evin tikintisinə köməklik etməyə söz versələr də sonda başlarından elədilər.

Millətin Səsi.az-a bu haqda Ikinci Qarabağ döyüşçüsü Babayev İlkin Əlif oğlunun  həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə  Babayev İlkin Əlif oğlu Suqovuşan Ağdərə isdiqamətində  gedən döyüşlərdə sinəsindən yaralanıb. 10 gün N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra yenə döyüşə yollanıb.

Şikayətçi bildirib: “Həyat yoldaşım cəbhəyə getməzdən əvvəl fəhləçiliklə də olsa evi dolandırırdı. Yenicə ev tikməyə başlamışdıq ki, savaş başladı. Döyüşlərdə sağlamlığını itirdi. Indi nə işləyib evi dolandıra bilir, nə də yarımçıq qalan evimizi tikə bilir. Kommunal xidmətlərin ödəməsində də əziyyət çəkən ailəmiz çətin durumdadır, kömək əlini uzadan yoxdur. Rayon İcra Hakimiyyətində dəfələrlə olsaq da gah bizi Bələdiyyəyə göndərir, gah da yuxarı orqanlara müraciət etməyimizi məsləhət görürlər. Belə də iş olar?”.

İkinci Qarabağ qazinin həyat yoldaşının sözlərinə görə Rayon İcra Hakimiyyəti bir neçə ay get-gəldən sonra onlara kömək edə bilməyəcəkləri haqda rəsmi məktub da göndəriblər.

Göycay Rayon İcra Hakimiyyəti ilə məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da nömrəmizi  yazdılar, amma zəng vuran olmadı.

Share: