Yoluxma artdı, amma metro bağlanmayacaq-Rəsmi

Ötən gün koronavirusa yoluxma sayının artması sosial şəbəkə seqmentində bir sıra müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri yaxın zamanda metronun fəaliyyətini daynadıracağı barədə iddialar səsləndiriblər.

Bununla bağlı Millətin Səsi.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro tam şəkildə öz fəaliyyətini davam etdirir:

“Nazirlər Kabineti yanında Operativ Qərargahdan metronun fəaliyyətini dayandırması ilə bağlı bizə hər hansı bir məlumat daxil olmayıb. Metro tam şəkildə öz fəaliyyətini davam etdirir”.

Share: