Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun paylaşımına reaksiya verib.
Millətin Səsi.az xəbər verir ki, M.Çavuşoğlu qardaş ölkədə baş verən yanğında Azərbaycanın verdiyi dəstəyi qiymətləndirib.
“Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, – deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri C.Bayramov sosial şəbəkə hesabında Türkiyədə baş verən yanğınla bağlı paylaşım etmişdi.
“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, – deyə paylaşımda deyilir.