Azərbaycandan Paralimpiyadada 3-cü qızıl medal – Yenilənib

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Milletinsesi.az Qol.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Sandrin Martine ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub. Bu, ölkəmizin paralimpiadada ilk qızıl medalı olub.

Qeyd edək ki, ötən gün pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

***

Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.

***

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

60 kq çəkidə çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə qarşılaşıb. Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

Share: