“Beşiktaş” Umut Meraşın keçidini tamamlayıb.
Qol.az-ın məlumatına görə, İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.
Meraş Fransanın “Havr” klubundan transfer olunub. “Beşiktaş” bu keçidə görə sözügedən kluba 1.5 milyon avro ödəyib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2019-cu ildən “Havr”da çıxış edirdi.