BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

“Barsa” Qrizmannın transferi ilə bağlı danışıqları dayandırdı


“Barselona” “Atletiko”nun futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu bir neçə məsələyə görə bu addımı atıb.  Birincisi, fransalı hücumçunun  120 milyon avro təzminat qiyməti və illik 17 milyon avro maaşıdır. “Barsa”nın bu məbləği yüksək hesab etdiyi iddia olunur. İkincisi, Kataloniya təmsilçisinin oyunçularının bu transferə qarşı olmasıdır.

Qeyd edək ki, “Atletiko” Qrizmannın yayda klubdan ayrılacağını açıqlayıb.