Dünən Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub

Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib.

Mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsə də, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm təşkil edib.

Paytaxtın hava limanından mayın 30-da rekord sayda – 100-dən çox təyyarə uçuş həyata keçirəcək.

Share: