SON DƏQİQƏ! Səyyad Əlizadə komaya DÜŞDÜ

Müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Unikal.org-a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, süni  tənəffüs aparatında olan müğənni  komaya düşüb.

R.Qarayev həmçinin də,  müğənninin həyat yoldaşı Kəmalə  Əlizadənin vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki,  Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Share: