Hidrogenlə işləyən ilk uçan taksi təqdim olundu

Beş nəfərlik “Skai” adlı uçan taksi ən çoxu 450 kq ağırlığında yükü qaldıra bilər. Hidrogen yanacaqla işləyən uçan taksinin tam yüklənməsi 4 saatlıq uçuş üçün kifayətdir, ancaq aparatın maksimum mümkün sürəti açıqlanmayıb. Yanacaq doldurma təxminən 10 dəqiqə çəkir.

Uçan taksinin dizaynı “BMW” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Kabinə elə layihələşdirilib ki, içəridən sərnişinlər üçün panorama görünüşü əlçatan olsun. Həmçinin müxtəlif qəzalardan qorunmaq üçün bir neçə təhlükəsizlik sistemi nəzərdə tutulub, hətta aparatın yüngül enişi üçün böyük paraşüt mövcuddur.

“Skai” layihəsinin direktoru Stiv Hanvi bildirib ki, belə uçan taksilərin şəhərlərdə insanları daşımasına onilliklər lazımdır. Başlanğıc mərhələdə sözügedən taksilər yüklərin daşınması üçün və ya təcili yardım kimi istifadə edilə bilər./Teleqraf.com

Share: