Bu xəstəxanada da saxta korona pasportu satılırmış

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilən qanunsuzluqlar barədə daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə  Millətin Səsi.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
superbetin güncel adresi

Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Superbetin Kayıt ol
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

Share: